Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi hava şəraitinin kəskinləşməsi ilə bağlı Xəzər dənizində fəaliyyət göstərən gəmilərə xəbərdarlıq ünvanlayıb.
"PostMedia" xəbər verir ki, aprelin 15-dən başlayaraq Xəzər dənizi akvatoriyasında güclü şimal-qərb küləklərinin əsəcəyi gözlənilir. Proqnozlara əsasən, küləyin sürəti bəzi vaxtlarda 25-30 m/s-yə çatacaq və bu hava şəraiti aprelin 17-si gündüz saatlarınadək davam edəcək.
Sinoptiklər dalğaların hündürlüyünün 2.0-3.0 metrə, bəzi hallarda isə 4.0-6.0 metrədək yüksələcəyini bildiriblər. Gəmiçilik fəaliyyəti ilə məşğul olan qurumlara və kapitanlara ehtiyatlı olmaları tövsiyə olunub.