File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Ekologiya

Qurban Bayramı günündə leysan yağacaq

05-iyn-2025
Admin
Qurban Bayramı günündə leysan yağacaq
Yazı Ölçüsü:
Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq.
İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq.
İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Kateqoriyalar