File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Ekologiya

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib

08-iyn-2025
Türkan Nəbi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edib
Yazı Ölçüsü:
Bu gün səhər saatlarına olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.
Şahdağda arabir qar yağıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.
Kateqoriyalar