Azərbaycan yığmasının da iştirak etdiyi Avropa çempionatı üzrə sambo yarışı bu gün Kiprin Limassol şəhərində start götürüb.
"PostMedia" xəbər verir ki, yarışda 27 ölkədən samboçular iştirak edir: Azərbaycan, Ermənistan, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, İsrail, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rumıniya, Serbiya, Ukrayna, Fransa, Xorvatiya, İsveçrə. Rusiya və Belarus idmançıları isə FIAS-1 və FIAS-2 adı altında çıxış edəcəklər.
Medallar kişi idman sambosunda, qadın idman sambosunda və kişi döyüş sambosunda oynanılacaq.
Qeyd edək ki, Avropa Sambo Federasiyasının konqresində qərara alınıb ki, gələn ildən etibarən böyüklər arasında keçirilən çempionatla gənclər üçün nəzərdə tutulan turnirlər ayrı-ayrı tarixlərdə təşkil olunsun.