File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Aqro

Azərbaycan Dağıstanda zeytun bağı və zavodu yaradılmasına investisiya yatırır

20-may-2025
Admin
Azərbaycan Dağıstanda zeytun bağı və zavodu yaradılmasına investisiya yatırır
Yazı Ölçüsü:
Azərbaycan Dağıstanda zeytun bağı salınması və zeytun yağı istehsalı zavodunun tikintisi layihələrinə investisiya yatırmağı planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə Dağıstan hökuməti məlumat yayıb.
“Azərbaycan Respublikasında Rusiya İxrac Mərkəzinin nümayəndəliyində əməkdaşlıq haqqında memorandumun imzalanması baş tutub. Dağıstanın baş nazir müavini Rizvan Qazimagomedov və Azərbaycanın İxraca Təşviq və İnvestisiya Agentliyinin direktor müavini Tural Hacılı iştirak etdiyi tədbirdə "Isfa AR" MMC-nin rəhbəri Samir Heyirbəyov və Dağıstanın "İxracın dəstəklənməsi mərkəzi" QHT-nin rəhbəri Ruslan Abaskuliyev investisiya sazişi imzalayıblar”, – deyə məlumatda qeyd olunub.
Bildirilir ki, sazişin məqsədi Dağıstan ərazisində 100 hektar sahədə zeytun bağı salmaq, daha sonra isə zeytun yağı istehsalı üzrə zavod tikməkdir.
Kateqoriyalar