Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən son hərracda “Brent” markalı neftin iyun fyuçersləri üzrə 1 bareli 63,05 ABŞ dollarına təklif edilib.
"PostMedia" xəbər verir ki, bu əvvəlki günün 60,86 dollar olan qiyməti ilə müqayisədə 2,19 dollar və ya 3,6% bahalaşma deməkdir. Eyni zamanda, Nyu Yorkun Nymex birjasında satılan WTI (Qərbi Texas) markalı xam neftin bir barelinin qiyməti 59,80 ABŞ dolları təşkil edib.
Bu göstərici əvvəlki 57,51 dollarla müqayisədə 2,29 dollar və ya 3,98% artım göstərir.