File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

İnfrastruktur

Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər

10-apr-2025
Admin
Azərbaycan və İran nümayəndə heyətləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına baxış keçiriblər
Yazı Ölçüsü:

Aprelin 9-da Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olublar.

Nazirlər Kabinetindən "PostMedia"ya verilən məlumata görə, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə həyata keçirilən səfər çərçivəsində limana dair təqdimat keçirilib. Qonaqlara Bakı Limanının tarixi, mövcud infrastrukturu və potensialı barədə ətraflı məlumat verilib.

Təqdimatda vurğulanıb ki, hazırda limanın illik yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması məqsədilə ikinci faza üzrə tikinti işləri davam etdirilir. Bu mərhələnin başa çatması ilə Bakı Limanı Azərbaycanın Avropa ilə Asiya arasında mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.

Səfər çərçivəsində nümayəndə heyətləri limanın əsas yük terminalı, Ro-Ro və Bərə terminalları, eləcə də çeşidləmə məntəqəsi ilə yaxından tanış olublar.

Kateqoriyalar