Bu ilin yanvar-aprel ayları ərzində 399 küçə və prospektdə 4 172 yol nişanı quraşdırılıb.
Bu barədə “PostMedia”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumatda deyilir ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlanıb.
Bu nişanlar həm davamlı, həm də ətraf mühitəzərərsizdir. Korroziyaya dayanıqlı olan nişanlar maksimum işıq qaytarıcıdır və aydın görüntünütəmin edir.
Görülən işlər çərçivəsində 269 küçədə müxtəlif xətlənmə işləri icra edilib.
Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə 178 küçə və prospektdə 377 piyada keçidi bərpa olunub və ya yenisi təşkil edilib. Xətlənmə işlərində yeni texnologiyalardan istifadə olunub. 90 küçə və prospektdə 212 yerdə piyada keçidi iki komponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub. 111 küçə və prospektdə 165 yerdə piyada keçidində yol nişanlama texnologiyasında çoxfunksiyalı və keyfiyyətli boyalara üstünlük verilib. Bununla da piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi daha da artırılıb.