Bu ilin ilk üç ayında Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,5 milyon manat təşkil edib.
"PostMedia" bu barədə Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilib ki, qeyd olunan məbləğ ötən yanvar-mart ayları ilə müqayisədə 39,4 milyon manat və yaxud 2,7% azalma nümayiş etdirir.
Bundan əlavə, bu il Dövlət Gömrük Komitəsi büdcəyə 6,6 milyard manat vəsait köçürməli olduğu bildirilir. Bu, ilk rüb ərzində nəzərdə tutulan məbləğin 21,7%-nin təmin edildiyini göstərir.