File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 10 dəfə azalıb

28-may-2025
Admin
“CPM-İnvest İnvestisiya Şirkəti”nin xalis mənfəəti 10 dəfə azalıb
Yazı Ölçüsü:

“CPM-İnvest İnvеstisiya Şirkəti” ASC-nin 2024-cü ildəki xalis mənfəəti 2023-cü ilin sonuna nisbətən 9,8 dəfə azalaraq 168 min manata enib.

Bu barədə “PostMedia” qurumun maliyyə hesabatına əsasən məlumat verib.

Keçən il “CPM-İnvest”in vergiyəqədərki gəliri və mənfəət vergisi ödənişləri ilə müqayisədə 9,8 dəfə azalaraq müvafiq olaraq 210 min manat və 42 min manat olub.

2025-ci il yanvarın 1-nə “CPM-İnvest”in aktivləri 26,223 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9 dəfə artım deməkdir.

Hesabat dövründə şirkətin öhdəlikləri 53,4 dəfə artaraq 24,679 milyon manata çatıb, balans kapitalı isə 36,8 % azalaraq 1,544 milyon manata düşüb.

Xatırladaq ki, səhmdarı Kəmalə Məmmədova olan “CPM-İnvest” 2021-ci ildə yaradılıb və onun nizamnamə kapitalı 400 min manatdır.
Kateqoriyalar