Hazırda Dövlət Turizm Agentliyinin Aparatının (DTA) rəhbəri vəzifəsini müvəqqəti olaraq sədrin müşaviri Kənan Quluzadə icra edir.
"PostMedia" xəbər verir ki, bunu DTA-dan məlumat verilib.
Xatırladaq ki, bu il martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə DTA sədri Fuad Hümbət oğlu Nağıyevin işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi.
Mediada yayılan məlumatlara görə, F.Nağıyevin töhmət almasına səbəb kimi Dövlət Turizm Agentliyindən xidməti yazışmaların sızdırılması göstərilir.
Bu ilin martın 4-də Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs kimi tutulub və məhkəmə qarşısına çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
O, xidməti fəaliyyət zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.
Eyni zaçanda Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.