File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Məhkəmə

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub

14-apr-2025
Admin
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub
Yazı Ölçüsü:

Aprelin 14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin başa çatması ilə bağlı tədbir keçirilib. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin təqdimatı və Milli Məclisin qərarı əsasında məhkəməyə yeni təyin olunan hakim Xanlar Vəliyev kollektivə təqdim edilib.

Bu barədə “PostMedia”ya Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər. Məhkəmənin sədri Fərhad Abdullayev çıxışında hüquqi dövlətin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarının önəmini vurğulayıb. O, bu islahatların məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, hüququn aliliyinin təmininə və vətəndaşların hüquq və azadlıqlarının daha güclü qorunmasına xidmət etdiyini bildirib.

Fərhad Abdullayev çıxışında Rafael Qvaladzenin hüquq sahəsindəki zəngin təcrübəsini və Konstitusiya Məhkəməsindəki peşəkar fəaliyyətini xüsusi qeyd edib. O, Qvaladzenin insan hüquq və azadlıqlarının müdafiəsində, milli qanunvericiliyin təkmilləşdirilməsində və hüquqi tətbiq praktikasının inkişafında böyük səylər göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə Prezident İlham Əliyevin Sərəncamı ilə Rafael Qvaladzeyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim olunub. Qvaladze bu ali mükafata və fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısına təşəkkürünü bildirib.

Daha sonra Fərhad Abdullayev yeni təyin olunmuş hakim Xanlar Vəliyevi kollektivə təqdim edib. O, Vəliyevin hüquq-mühafizə orqanlarında uzun illər yüksək məsuliyyətlə çalışdığını və bu təyinatın Konstitusiya Məhkəməsi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Sədr, Vəliyevin gələcək fəaliyyətində də dövlətçiliyimizin və konstitusional hüquqların müdafiəsinə dəyərli töhfələr verəcəyinə əmin olduğunu bildirib.

Xanlar Vəliyev çıxış edərək, göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkür edib və Konstitusiya Məhkəməsinin hakimi kimi Azərbaycan Konstitusiyasının aliliyinin qorunmasına çalışacağını bəyan edib.

Kateqoriyalar