Hakerlər rəqəmsal videooyun və proqramlar nəşr edən servis olan "Steam"in 89 milyon istifadəçisinin məlumatlarını oğurlayaraq satışa çıxarıblar.
"PostMedia" xəbər verir ki, bu məlumatlar, "Machine1337" adlı bir haker tərəfindən tanınmış bir dark web forumunda satışa çıxarılıb. Haker, bu məlumatları 5 000 dollara təklif edir.
Sızdırılan məlumatlar arasında istifadəçi adları, telefon nömrələri, iki faktorlu autentifikasiya (2FA) üçün istifadə olunan SMS mesajları və birdəfəlik giriş kodları da daxil olmaqla müxtəlif şəxsi məlumatlar olduğu bildirilir. Bu məlumatlar, istifadəçilərin hesablarına icazəsiz girişlər və fişinq hücumları üçün istifadə oluna bilər.
Sızmanın mənbəyi hələ dəqiq müəyyən edilməyib. Bəzi mənbələr, bu məlumatların üçüncü tərəf xidmət təminatçısından, məsələn, SMS göndərmə xidmətləri təklif edən bir şirkətdən sızdırılmış ola biləcəyini irəli sürür.
"Twilio" adlı belə bir şirkət, bu iddiaları rədd edib və onların sistemlərinin pozulmadığını bildirib.
Təhlükəsizlik səbəbindən tövsiyyə olunur ki, "Steam hesabınızın şifrəsini dərhal dəyişdirilsin və hesab üzrə əməliyyatlara nəzarət edilsin.
Qeyd edək ki, "Steam" rəqəmsal videooyun və proqramlar nəşr edən servisdir və hazırda qlobal oyun bazarında mühüm yer tutur.