Məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə onun “Sandık Kokusu” serialındakı tərəf müqabili Pamir Pekin münasibətlərinə son qoyublar.
"PostMedia" Türkiyə mediasına istinadən xəbər verir ki, daha əvvəl “Yasak Elma”, “Ağır Roman: Yeni Dünya” və “Bizim Hikaye” kimi layihələrdə rol alan Nəsrin Cavadzadə yalnız aktyorluq bacarığı ilə deyil, eyni zamanda sosial şəbəkələrdəki paylaşımları və şəxsi həyatı ilə də diqqət mərkəzində olub.
42 yaşlı Nəsrin Cavadzadə bir müddət əvvəl “Sandık Kokusu” serialında birlikdə kamera qarşısına keçdiyi Pamir Pekinlə paylaşımı ilə izləyiciləri çaş-baş salmışdı. Serialda aşiq cütlüyü canlandıran aktyorların real həyatda da sevgili olduqları ortaya çıxmışdı. Pamir Pekin bir müddət əvvəl Cavadzadə ilə olan fotolarını sosial mediada paylaşaraq münasibətlərini rəsmi şəkildə elan etmişdi.
Nesrin Cavadzadə daha sonra sevgilisi ilə birlikdə çəkildiyi, serial setindən olan fotoları da paylaşmışdı. Həmin fotolardan birində o, “Bizdən olmaz demişdik, amma ekizlər və şir münasibəti…” sözlərini yazmışdı.
Jurnalistlərin məlumatına görə, cütlüyün münasibəti cəmi iki ay davam edib. Ayrılığın səbəbləri arasında Nəsrin Cavadzadənin karyerasına fokuslanmış və intizamlı həyat tərzi sürməsi, tərəflərin həyat tərzlərinin bir-birinə uyğun gəlməməsi göstərilir.
Nesrin Cavadzadənin son günlərdə Pamir Pekini sosial şəbəkədə izləmədən çıxarması da ayrılıq xəbərlərinə əlavə təsdiq kimi dəyərləndirilir.