Bu gün Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qətliamdan 33 il ötür.
“PostMedia” xəbər verir ki, 1992-ci il aprelin 8-də, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək ağır bir qətliam törədiblər.
Ağdaban qətliamından sonra, aprelin 9-da Kəlbəcər rayon mərkəzində əhali toplaşaraq “Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi” yaradılıb. Bu komitə qısa müddət ərzində mühüm tədbirlər həyata keçirdi və orduya dəstək artırılıb. Əhalidə müdafiə olunacaqlarına dair ümid yaranıb. Rayon əhalisinin təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edilib.
Ağdaban qətliamı, Azərbaycan tarixində dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yadda qalır. Bu faciə, erməni silahlı qüvvələrinin Azərbaycanlılara qarşı törətdiyi digər qətliamlarla birlikdə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı və qınanmalıdır.