File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Parlament xəbərləri

Bir sıra Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib

11-apr-2025
Admin
Bir sıra Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib
Yazı Ölçüsü:

Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya Məhkəmələrinə yeni hakimlər təyin olunub.

"PostMedia"nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin təqdimatı əsasında bir sıra apellyasiya məhkəmələrinə yeni hakimlərin təyinatı təsdiqlənib.

Parlamentin qərarına əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinin hakimi olacaq. Eyni zamanda, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin vəzifədən azad edilərək Bakı Apellyasiya Məhkəməsinə təyinat alıb. Həmçinin Füzuli rayon Məhkəməsinin sədri Aqil Musayev də vəzifə dəyişiklikləri çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Bununla yanaşı, Elbəy Allahverdiyev, Fərid Əyyubov və Xəyal Sarıyev Bakı Apellyasiya Məhkəməsindəki hakim vəzifələrindən azad olunublar.

Digər təyinatlara gəlincə, Kamran Muxtarov (Bakı Ağır Cinayətlər Məhkəməsi) və Elçin Məmmədov (Sumqayıt Ağır Cinayətlər Məhkəməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyətlərini davam etdirəcəklər.

Şəki Apellyasiya Məhkəməsinə də iki yeni hakim təyin olunub: Vüqar Musayev (Şəki İnzibati Məhkəməsi) və Taleh Musayev (Şəmkir rayon Məhkəməsi).

Şirvan Apellyasiya Məhkəməsində isə Əli Əliyev (Lənkəran Ağır Cinayətlər Məhkəməsi), Cavid Sultanov (Ağdaş rayon Məhkəməsi), Ceyhun Quliyev (Masallı rayon Məhkəməsi) və Mirlətif Sadıqov (Saatlı rayon Məhkəməsi) yeni təyinatlarla fəaliyyətə başlayacaqlar. Bu təyinatlarla yanaşı, Elşad Əliyev Şirvan Apellyasiya Məhkəməsindəki hakim vəzifəsindən azad edilib.

Qeyd edək ki, Konstitusiyaya əsasən, apellyasiya məhkəmələrinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin və vəzifədən azad olunur.

Kateqoriyalar