File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq

14-apr-2025
Admin
Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolu əsaslı təmir olunacaq
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı sərəncam imzalayıb.

"PostMedia" xəbər verir ki, Sərəncamla yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulması məqsədilə ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb.

Bu vəsait Azərbaycan Respublikası Prezidentinin 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün təsdiq olunmuş bölgü çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) yönəldiləcək.

Maliyyələşmənin təmin olunması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq tapşırıq verilib. Eyni zamanda, yolun əsaslı təmirinin davam etdirilməsi üçün tələb olunan əlavə maliyyə vəsaitinin 2026-cı il dövlət büdcəsində nəzərdə tutulması İqtisadiyyat Nazirliyinə həvalə olunub.

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi tapşırılıb.

Qeyd edək ki, bu yolun yenidən qurulması bölgədə nəqliyyat infrastrukturunun inkişafına, əhalinin rahat və təhlükəsiz hərəkət imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.

Kateqoriyalar