File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Azərbaycanda sənaye istehsalı 2%-dən çox azalıb

15-may-2025
Admin
Azərbaycanda sənaye istehsalı 2%-dən çox azalıb
Yazı Ölçüsü:

2025-ci ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 % az sənaye məhsulu istehsal edilib.

"PostMedia" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu məhsul istehsalı neft-qaz sektorunda 3,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,3 % artıb.
Sənaye məhsulunun 62,3 %-i mədənçıxarma, 30,6 %-i emal, 6,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,8 % olub.
Ümumi istehsalın 88,7 %-i sənaye məhsullarının istehsalı, 11,3 %-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2025-ci il vəziyyətinə 912,5 milyon manatlıq hazır məhsul olub.
Ehtiyatların 53,1 %-i Bakı, 12,5 %- Sumqayıt, 3,1 %- Şirvan, 2,6 %-i Gəncə şəhərlərinin, 1,2 %-i Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 96,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Kateqoriyalar