File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb

24-may-2025
Admin
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Yazı Ölçüsü:

Mayin 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Bu barədə "PostMedia"ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub. Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar