Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 28 May - Müstəqillik Günü münasibəti ilə ötən gün Laçında keçirilən tədbirlə bağlı paylaşım edib.
”PostMedia” xəbər verir ki, paylaşımda deyilir:
”Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!”
Qeyd edək ki, tədbirdə Azərbaycan Lideri ilə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak edib.
Həmin paylaşımı təqdim edirik:
Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı! pic.twitter.com/YuB5IcxLeB
— İlham Əliyev (@azpresident) May 29, 2025