Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə Rusiya tərəfində döyüşən 155 Çin vətəndaşı var.
“PostMedia” “Reuters”ə istindən xəbər verir ki, bu brədə o keçirdiyi brifinqdə məlumt verib.
V.Zelenski qeyd edib ki, rtıq Şərq cəbhəsində iki Çin vətəndşı ələ keçirilib.
O qeyd edib ki, ABŞ bu məsələ ilə bağlı Rusiya ilə danışmalıdır. Ukryn prezidentinin sözlərinə görə, Rusiya Çin vətəndaşlarını sosial media vasitəsilə cəlb edir, Çin rəsmiləri də bu məsələdən xəbərdardır və Ukraynanın təhlükəsizlik xidməti döyüşən şəxslərin adları, doğum tarixləri və xidmət etdikləri hərbi hissələrlə bağlı siyahı hazırlayıb.
O, həmçinin qeyd edib ki, Ukrayna bu şəxslərin Pekindən təlimat alıb-almadığını araşdırır:
“Bu, ciddi məsələdir. Ukraynada döyüşən 155 Çin vətəndaşı var. Onlrın adları, pasport məlumatları əlimizdədir. Biz məlumat toplayırıq və onların sayının daha çox olduğuna inanırıq”.
V.Zelenski həmçinin qeyd edib ki, Ukrayna ələ keçirilmiş Çin vətəndaşlarını Rusiya tərəfindən əsir götürülmüş ukraynalı əsgərlərlə dəyişməyə hazırdır.
Çin Rusiya ilə "hüdudsuz tərəfdaşlıq" elan etsə də, özünü münaqişənin siyasi yolla həlli istiqamətində vasitəçi kimi təqdim etməyə çalışır və 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı başladığı tammiqyaslı hücumu tənqid etməyib.
Çərşənbə günü Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian V. Zelenskinin bu iddialarını əsassız adlandıraraq rədd edib:
“Ukrayna, Çin tərəfinin Ukrayna böhranının siyasi həlli üçün göstərdiyi səylərə və konstruktiv roluna düzgün qiymət verməlidir”.
O əlavə edib ki, Çin bu məsələni Ukrayna ilə birgə araşdırır, Çin vətəndaşlarının silahlı münaqişə zonalarından uzaq durması, xüsusilə hərbi əməliyyatlarda iştirak etməməsi barədə daim xəbərdarlıq edir.
Şimali Koreyalılar və Çinlilər
V. Zelenski Çinin bu münaqişəyə cəlb edilməsini Rusiyanın ikinci böyük səhvi adlandırıb. Ukrayna və Qərb ölkələri Rusiyanın Kursk bölgəsinə 11 minə yaxın Şimali Koreya əsgəri göndərdiyini bildirib.
“Amerika bu gün Rusiyanın atdığı addımları açıq-aydın görür. Amma mən başa düşə bilmirəm ki, niyə ABŞ bu məsələyə sərt reaksiya vermir. Nə diplomatik, nə də bəyanat səviyyəsində heç bir şey yoxdur”.
Rusiya isə bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
ABŞ-nin Hind-Sakit okean bölgəsindəki qüvvələrinin rəhbəri admiral Samuel Paparo Konqresdə verdiyi açıqlamada Ukraynanın iki Çin vətəndaşını ələ keçirdiyini təsdiqləyib və qeyd edib ki, Rusiyanın Avropada hər hansı hərbi uğuru Çin üçün də gələcəkdə hücum planları baxımından motivasiya ola bilər.
Zelenski həmçinin ABŞ prezidenti Donald Trampın Rusiyanın verdiyi vədlərə əməl etməməsindən narahat olduğunu bildirib:
“Məncə, Tramp əsəbləşib ki, Vladimir Putin verdiyi vədləri yerinə yetirmir. Onların nə danışdığını tam bilmirik, amma çox şeydən xəbərimiz var. Biz ABŞ-nin bu məsələyə reaksiya verəcəyini gözləyirik”.
Zelenski əlavə edib ki, bu həftə ABŞ-də baş tutacaq nadir torpaq elementləri və minerallar üzrə əməkdaşlıqla bağlı görüş texniki detallar və gələcək razılaşmanın əsasları üzərində qurulacaq. Onun sözlərinə görə, bu razılaşma hər iki tərəf üçün sərfəli olmalı və eyni zamanda Ukraynanın modernləşməsinə dəstək verməlidir.