Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacaq, şimşək çaxacaq, yağışın leysan xarakterli olacaq, arabir intensivləşəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilir.
Məlumata görə, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir.
Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur. Prosesin aprel ayının 17-dək davam edəcəyi gözlənilir.
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraitinin qeyri-sabit, yağıntılı keçəcəyi gözlənilir.
Aprelin 15-də bəzi yerlərdə yağıntıların intensivləşəcəyi (Böyük və Kiçik Qafqaz rayonları), əsasən şimal və şərq rayonlarında (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar) güclü olacağı gözlənilir.
Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı ehtimalı yüksəkdir.
Prosesin şimşəklə müşayiət olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 15-16-da qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi gözlənilir.