File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Ekologiya

Əhalinin nəzərinə - yenidən yağış yağacaq, şimşək çaxacaq

17-may-2025
Admin
Əhalinin nəzərinə - yenidən yağış yağacaq, şimşək çaxacaq
Yazı Ölçüsü:
Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə “PostMedia”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Kateqoriyalar