File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Elm-Təhsil

Yeni planet kəşf edilib

22-may-2025
Admin
Yeni planet kəşf edilib
Yazı Ölçüsü:
Planetoloqlardan ibarət beynəlxalq tədqiqat qrupu, Okant bürcündə yerləşən ekzotik ikiulduzlu sistemdə — bir subnəhəng və bir ağ cırtdan ulduzdan ibarət sistemdə — bu ulduzlardan birinin ətrafında retroqrad orbit üzrə hərəkət edən nəhəng ekzoplanet aşkarlayıb. Bu kəşf, hətta ən çətin şəraitlərdə belə planetlərin meydana çıxa biləcəyini göstərib.
"PostMedia" xəbər verir ki, alimlərin tədqiqatı İngiltərənin "Nature" elmi jurnalında dərc olunub.
“Təhlillər göstərir ki, Okant bürcündə yerləşən bu ulduz sistemində hər iki ulduz bir-birinə o qədər yaxındır ki, əvvəlki nəzəri modellər bu iki ulduz arasında planetin mövcud ola bilməsini mümkünsüz sayırdı. Biz HARPS cihazı ilə bu sistem üzrə 200-dən çox müşahidə apardıq və həmin ekzoplanetin doğrudan da mövcud olduğunu sübut etdik”, – deyə araşdırmada qeyd olunub.
Kəşf Çin, Yeni Zelandiya və Avropalı astronomlardan ibarət qrup tərəfindən, Heydelberq Universitetinin professoru Andreas Kvirrenbaxın rəhbərliyi ilə aparılmış müşahidələr əsasında edilib. Planet Yerə 63 işıq ili uzaqlıqda yerləşən Nyu Oktanta sistemində aşkarlanıb. Sistem təqribən Günəşdən iki dəfə daha yüngül olan ağ cırtdandan və təqribən 1,2 dəfə daha kütləli olan qoca bir subnəhəngdən ibarətdir.
Bu iki ulduz kosmik miqyasda olduqca az bir məsafədə — Yerlə Günəş arasındakı məsafədən cəmi 2,6 dəfə çox uzaqda yerləşirlər. Nəzəri modellərə görə, bu qədər yaxınlıqda planetin yaranması mümkün deyil. Lakin hələ 2009-cu ildə astronomlar bu sistemdə bir obyektin varlığına işarə edən dövri işıq dəyişmələri görülüb.
Bu mübahisələri həll etmək üçün alimlər HARPS cihazı ilə ulduzların hərəkətini müşahidə ediblər. Bu cihaz ulduzların işıq spektrlərindəki cüzi dəyişiklikləri izləməklə orbit üzrə hərəkətdəki kiçik sürət fərqlərini təyin edə bilir. Etibarlılığı artırmaq üçün alimlər 200-dən çox spektral ölçüm aparıblar. Təhlil nəticəsində sistemdə Yupiterdən təxminən iki dəfə böyük olan qaz nəhəngi planetin varlığı müəyyən olunub.
Bu planet subnəhəng ulduzun ətrafında retroqrad orbit üzrə hərəkət edir. Alimlərin fikrincə, bu hal planetin formalaşmasının qeyri-adi ssenarisi ilə izah olunur. Ehtimal olunur ki, planet, ağ cırtdanın sələfinin xarici qatlarının atılması nəticəsində ikinci ulduzun ətrafında yaranmış protoplanet diskinin tərkibindən formalaşıb. Əgər həmin disk ağ cırtdanın əks istiqamətində fırlanırdısa, bu həm retroqrad orbitin, həm də bu planetin varlığını izah edir.
Kateqoriyalar