File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Səhiyyə

Manqo qabığı daha faydalı imiş - DƏRİNİ TƏMİZLƏYİR, İNSANI CAVANLAŞDIRIR

10-apr-2025
Admin
Manqo qabığı daha faydalı imiş - DƏRİNİ TƏMİZLƏYİR, İNSANI CAVANLAŞDIRIR
Yazı Ölçüsü:

“Meyvələrin Kralı” sayılan manqo ən dadlı meyvələrdən biridir və insanın dərisinin quruluşunu, tonunu və vəziyyətini yaxşılaşdırmaqda böyük rol oynayan minerallar və vitaminlərlə zəngindir. Əksəriyyətimizin manqo qabıqlarını atmaq və yalnız içini yemək vərdişimiz var. Lakin çox az adam manqo qabıqlarının dərimizə olan təəccüblü faydalarını bilir.

GÜNƏŞİN ZƏRƏRLİ ŞÜALARINDAN QORUYUR
Manqo qabıqları dəri hüceyrələrinin oksidləşməsini azaldaraq günəşin zərərli təsirlərini yüngülləşdirən təbii antioksidantlarla zəngindir. Manqo qabığı günəş kremi funksiyasını daşımır, lakin zəngin vitamin tərkibi ultrbənövşəyi şüaların zərərli təsirini əhəmiyyətli dərəcədə azalda bilir.
Eyni zamanda iltihabı azaldan və sızanaqlara qarşı təsirli olan C vitamini xüsusiyyətlərinə malikdir. Manqo qabığını yay aylarında həftədə üç dəfə tətbiq etmək qırışları və incə xətləri də azalda bilər.

SAĞLAM VƏ DOLĞUN DƏRİ
Manqoda olan antioksidantlar, minerallar və vitaminlər dərinin ümumi vəziyyətini yaxşılaşdırır. A vitamini dəridəki xətləri azaldır və tünd ləkələrin açılmasına kömək edən kollagen istehsalını dəstəkləyir.
Digər tərəfdən, B6 vitamini dərinin yağlılığını minimuma endirir və sizi sızanaq, qara nöqtə və solğun görünüşdən uzaq saxlayır. Manqo qabığı həmçinin ləkələrin, çapıqların və izlərin azalmasına yardım edən K vitaminə də mlikdir.

YAŞLANMA ƏLEYHİNƏ TƏSİR
Manqonu yemək və onun qabığını tətbiq etmək dərini çirklilik, toz hissəcikləri, quruluq və dəriyə zərər vura bilən xarici mühit faktorlarından əhəmiyyətli dərəcədə qoruyan C və E vitamini ilə təmin edir.
Manqo qabığının tətbiqi dəridəki qidalı maddələri yeniləyə və erkən yaşlanma prosesini ləngidə bilər. Buna görə də, sallanmış və incə xətli dəriyə əlvida demək və müntəzəm istifadə ilə dolğun və dartılmış dəri quruluşuna qovuşmq mümkündür.

PARLAQ VƏ CANLI DƏRİ TONU
Əgər tünd və qeyri-bərabər dəri tonu sizi narahat edirsə, manqo qabığı maskası tətbiq edə və bir neçə həftə ərzində fərqi görə bilərsiniz. Manqo qabığında ölü dəri hüceyrələrini aradan qaldıran və dəri tonunu tənzimləyən sitrik turşusu (limon turşusu) mövcuddur.
Dərinizə sağlam və parlaq bir görünüş bəxş edərək onu qidalandıra və manqo qabığını qurudub üyüdərək, gül suyu və bir neçə damcı bal ilə qarışdıraraq üz maskası kimi istifadə edə bilərsiniz.

SIZANAQ VƏ İLTİHABI AZALDIR
A vitamini ilə zəngin manqo qabıqları, sızanaq və sızanaq izlərindən xilas olmağınıza da yardımçı ola bilər. A vitamini çatışmazlığı nəticəsində orqanizm artıq keratin istehsal edir, bu da tər vəzilərini tıxayaraq sızanaq problemlərinə səbəb olur.
Bu yay manqo qabığı tətbiq etməklə bu prosesi əksinə çevirə bilərsiniz. Eyni zamanda dərini sakitləşdirir və yüksək temperaturun yaratdığı iltihabdan azad olmağa kömək edir.

Kateqoriyalar