File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Dünya

Kral Çarlz və Kraliça Kamilla yubiley fotolarını paylaşıb - FOTOLAR

08-apr-2025
Admin
Kral Çarlz və Kraliça Kamilla yubiley fotolarını paylaşıb - FOTOLAR
Yazı Ölçüsü:

Kral Çarlz və Kraliça Kamilla evliliklərinin 20-ci ildönümünü qeyd edərək İtaliyadan yeni fotolar paylaşıblar.

"PostMedia" xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyaya rəsmi səfər edən Kral Çarlz və Kraliça Kamilla, Böyük Britaniyanın Romadakı səfirinin iqamətgahı olan Villa Volkonski bağında kamera qarşısına keçiblər.

Səfir Lord Levellin bu səfərin Avropa tərəfdaşları ilə münasibətlərin yenidən formalaşdırıldığı kritik bir dövrə təsadüf etdiyini vurğulayıb.

Kral və kraliçanın səfər proqramına Vatikanın ziyarəti də daxil edilsə də Papa Fransiskin səhhətindəki problemlərə görə bu görüş təxirə salınıb.

Kral Çarlz və kraliça Kamillanın İtaliya Prezidenti Serxio Mattarella ilə Kvirinal Sarayında, Baş naziri Corca Meloni ilə görüş keçiriləcək. Onun həmçinin ilk Britaniya monarxı olaraq İtaliya parlamentində çıxışı da gözlənilir.


Kateqoriyalar