File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Futbol

UEFA Millətlər Liqasının ilk finalçısı məlum olub

05-iyn-2025
Turan Hüseynli
UEFA Millətlər Liqasının ilk finalçısı məlum olub
Yazı Ölçüsü:

Portuqaliya UEFA Millətlər Liqasının yarımfinal qarşılaşmasında Almaniyanı 2-1 hesabı ilə məğlub edərək adını finala yazdırdı.

PostMedia” xəbər verir ki, Münhendəki Allianz Arena-da keçirilən yarımfinal oyununun ilk hissəsi qolsuz başa çatıb.

Amma fasilədən sonra 48-ci dəqiqədə ilk olaraq qolu Virtzin (Wirtz) vuraraq Almaniyanı 1:0 önə keçirib.

Qoldan sonra təzyiqini artıran Portuqaliya, 63-cü dəqiqədə Conceiçaonun qolu ilə hesabı bərabərləşdirib. 68-ci dəqiqədə isə səhnəyə çıxan Kriştianu Ronaldo Portuqaliyanı finala daşıyan qola imza atıb.

Beləliklə UEFA Millətlər Liqasında ilk finalçı Portuqaliya olub.


BU 25 İLDƏN SONRA PORTUQALİYANIN ALMANİYA ÜZƏRİNDƏ İLK QƏLƏBƏSİ İDİ

Portuqaliya bu qələbə ilə Almaniya qarşısındakı 25 illik qələbə həsrətinə son qoydu. Portuqaliya sonuncu dəfə 2000-ci il Avropa Çempionatında rəqibini 3-0 hesabı ilə məğlub etmişdi.

FİNALDA RƏQİB İSPANİYA YAXUD FRANSA OLACAQ

Portuqaliyanın finaldakı rəqibi bu axşam keçiriləcək İspaniya-Fransa oyunundan sonra bəlli olacaq. İspaniya və Fransa bu axşam UEFA Millətlər Liqasının yarımfinalında Ştutqart Arenada qarşılaşacaq.

Kateqoriyalar