Lerikin deputatı rayonun 17 kəndin torpaqla bağlı olan probleminin illərdir həll olunmamasından narahatdır.
"PostMedia" xəbər verir ki, bu barədə Milli Məclisin mayın 30-da keçirilən iclasında çıxış edən deputat Vasif Qafarov bildirib.
“Lerikdə yerləşən 17 kənd var ki, orada vətəndaşlar illərdir yaşayıb və əkin biçin işləri görür. Həmin torpaqlar meşə fondunun tərkibindədir. Problem budur ki, vətəndaşlar bir əsrdən çoxdur orada yaşasa da yeni evlər tikə və ya hazırda mövcud olan evlərini bərpa edə bilmirlər. Çünki dövlət qurumları buna icazə vermir. Ona görə bu problemin həll olunmasına ehtiyac var”, - deyə deputat əlavə edib.