Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.
Məlumata görə, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar 08.04.2025-ci il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.