İranın neft naziri Möhsün Paknejad Moskva və Tehran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında iştirak etmək üçün Rusiyaya gedib.
"PostMedia" xəbər verir ki, bu barədə Shana agentliyi məlumat yayıb.
Məlumatına görə, cümə axşamı İranın neft naziri Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak və energetika naziri Sergey Sivilov ilə görüşləri planlaşdırılıb.
Hökumətlərarası komissiya çərçivəsində İran və Rusiya işçi qruplarının iclasları 23 aprel tarixində başlayıb. Cümə günü Paknejad və Sivilov arasında keçiriləcək görüş zamanı isə iki gün ərzində görülən işlərin yekunlaşdırılması gözlənilir. “Bugünkü danışıqların yekununda işçi qruplar komissiyanın həmsədrlərinə (İranın neft naziri və Rusiyanın energetika naziri) müxtəlif sahələrdə əməkdaşlığa dair çoxsaylı sənədləri imzalanmaq üçün təqdim edəcəklər,” – deyə İranın Rusiyadakı səfiri Kazem Cəlali X platformasında yazıb.