“Azərbaycan Dəmiryolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahov yeni vəzifəyə təyin edilib.
“
PostMedia”nın əldə etdiyi məlumata görə, o,
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin təchizat işlərinə rəhbərlik edəcək.
Qeyd edək ki, 2023-cü ildən ADY-də fəaliyyət göstərən Emil Pənahov vəzifəsindən ayrılıb. Onun yerinə bu vəzifəyə
Fərid Hüseynov təyin edilib.