File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Maliyyə-Biznes

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xalis zərəri 2,4 dəfə artıb

29-may-2025
Admin
Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xalis zərəri 2,4 dəfə artıb
Yazı Ölçüsü:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xalis zərəri 2,4 dəfə artaraq 2024-cü ildə 1,638 milyon manata çatıb.

PostMedia” xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında məlumat verilib.

Hesabatda göstərilib ki, 2024-cü ildə Mərkəzin əsas əməliyyat gəlirləri 43,7 % artaraq 18,040 milyon manat, sair əməliyyat gəlirləri 25,2% artaraq 31,358 milyon manat, ümumi inzibati və sair əməliyyat xərcləri 16,8% artaraq 13,567 milyon manat, sair əməliyyat xərcləri 23% artaraq 36,187 milyon manat, maliyyə xərcləri 4,2 dəfə azalaraq 1,5 min manat, mənfəət vergisi ödəmələri isə 2,4 dəfə artaraq 1,282 milyon manat olub.

Qurumun aktivləri də illik müqayisədə 11% artıb və 85,010 milyon manata çatıb. Hesabat dövrünə Mərkəzin öhdəliklərində isə 11,7 % azalma müşahidə edilib və 66,771 milyon manata, balans kapitalı isə 8,2 % geriləyərək 18,239 milyon manata düşüb.

Kateqoriyalar