"Apple" şirkətinin "iPhone 17 pro" və "iPhone 17 pro max" versiyalarında yarı şüşə, yarı alüminium korpusdan istifadə edəcək.
"
PostMedia" bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu dəyişiklik cihazın davamlılığını artırmaq məqsədi daşıyır. Şüşə hissə simsiz enerji yığmanı dəstəkləməyə davam edəcək, alüminium çərçivə isə qırılma riskini azaldacaq.
Məlumata görə, qeyd edilən modellərdə arxa kameranın telefonun korpusundan fərqli rəngdə olacağı və korpusun eni boyunca tam uzanacağıl ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Kameranın yerləşdirilməsi ilə bağlı məsələlər əvvəlki modellərdəki dizayna oxşar olacaq.
Bundan əlavə təqdimat zamanın "Apple" tərəfindən yeni “iPhone 17 Air” modelini də təqdim ediləcəyi də gözlənir.
Xatırladaq ki, "iPhone 17" 2025-ci il sentyabrda təqdim ediləcək.