File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

HiTech

"Microsoft" istifadəçilərə xəbərdarlıq etdi - Bu tarixdən "Windows 10" işləməyəcək

08-apr-2025
Admin
"Microsoft" istifadəçilərə xəbərdarlıq etdi - Bu tarixdən "Windows 10" işləməyəcək
Yazı Ölçüsü:
"Microsoft" şirkətinə məxsus "Windows 10" əməliyyat sistemi üçün dəstək 2025-ci ildə rəsmi olaraq sona çatacaq.
"PostMedia" xəbər verir ki, bu barədə şirkət istifadəçilərə xəbərdarlıq edib. Xəbərdarlıqda göstəriıir ki, bu il oktyabrın 14-dən etibarən "Windows 10" üçün heç bir təhlükəsizlik yeniləməsi və texniki dəstək təqdim olunmayacaq. Bu isə kiberhücumlardan müdafiəyə mənfi təsir edəcək.
"Microsoft"un bu qərarı təxminən 240 milyon istifadəçiyə təsir edəcək. Şirkət istifadəçilərə "Windows 11"in tələblərinə cavab verən cihazların yeni əməliyyat sisteminə keçidinin təmin edilməsini təklif edib. Bu tələblərə cavab verməyən cihazlar ya yenilənməli ya da alternativ əməliyyat sistemlərinə keçid edilməlidir.
"Microsoft" fərdi müştəri üçün "Windows 10"u yeniləməsə də korporativ müştəriləri üçün dəstəyi davam etdirəcəyini açıqlayıb.

Xatırladaq ki, "Windows 10" 2015-ci ildə istifadəyə verilib.
Kateqoriyalar