Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
"PostMedia" xəbər verir ki, bu barədə Baş Prokurorluq İctimai Televiziya vasitəsilə rəsmi müraciət yayıb.
Məlumata əsasən, Elşad İslam oğlu Abdullayev şəxsiyyətini təsdiqləyən sənədlə birlikdə 5 may 2025-ci il, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllədə yerləşən Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında olmalıdır.
Qeyd olunub ki, 1 sentyabr 2024-cü il tarixində Elşad Abdullayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri – 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri üzrə yenidən ittiham irəli sürülməsi barədə qərar qəbul edilib. Lakin onun ölkə hüdudlarından kənarda olması səbəbindən bu ittiham rəsmi şəkildə elan olunmayıb.