File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Məhkəmə

Harvard Universitetinə qarşı irəli sürülən irqçilik ittihamları ilə bağlı araşdırma başladılıb

29-apr-2025
Admin
Harvard Universitetinə qarşı irəli sürülən irqçilik ittihamları ilə bağlı araşdırma başladılıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universiteti və "Harvard Law Review" elmi jurnalına qarşı irqçilik ittihamları ilə bağlı araşdırma başladıb.
"PostMedia" xəbər verir ki, bu barədə 28 aprel tarixində CNBC məlumat yayıb.
"Bu araşdırmaları Təhsil Departamenti və Səhiyyə və İnsan Xidmətləri Departamenti jurnalların üzvlük siyasəti və məqalə seçimi təcrübələri barədə alınan, 1964-cü il Vətəndaş Hüquqları Aktının VI Bölməsini pozma ehtimalı olan məlumatlara cavab olaraq aparır," – deyə Təhsil Departamentinin və Səhiyyə və İnsan Xidmətləri Departamentinin Vətəndaş Hüquqları İdarəsinin birgə açıqlamasında bildirilir.
Bu səbəbdən, universitetdə daxili sənədlər, eləcə də kadr seçimi və məqalə müəlliflərinin seçim siyasəti ilə bağlı yoxlamalar keçiriləcək.
Xatırladaq ki, aprel 24-ü Donald Tramp Harvard Universitetini "demokratiyaya təhdid" adlandırıb və onun rəhbərliyini "liberal xaos" yaratmaqda ittiham edib. Prezidentin bu şərhi, Harvard rəhbərliyinin Tramp administrasiyasının universitetə yönəlik tələblərini növbəti dəfə qulaqardına vurmasından sonra səsləndirilib.
The Wall Street Journal qəzeti 20 apreldə Tramp administrasiyasının Harvard Universitetinin daxili siyasətini dəyişdirmədiyinə görə onu daha 1 milyard dollar maliyyələşdirmədən məhrum etməyi planlaşdırdığını yazıb. Ertəsi gün- 21 apreldə "The New York Times" qəzeti xəbər verib ki, Harvard Universiteti Tramp administrasiyasının maliyyə ixtisarları ilə bağlı hədələrinə cavab olaraq məhkəməyə müraciət edib.
Kateqoriyalar