Azərbaycan ”Avroviziya-2025” mahnı müsabiqəsində təmsil edən “Mamagama” qrupu ilk yarımfinal mərhələsində mübarizəni dayandırıb.
“PostMedia”nın məlumatına əsasən, çıxışlardan sonra səsvermə həyata keçirilib. Səsvermə nəticələrinə əsasən, Azərbaycanın təmsilçisi olan “Mamagama” qrupu yarışmaya davam edə bilməyib.
Finala isə Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri yüksəliblər.