File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Teatr-kino

"Hababam Sınıfı"nın 50 yaşı münasibətilə sağ qalan aktyorlar eyni sinifə yenidən toplaşdı

19-apr-2025
Admin
"Hababam Sınıfı"nın 50 yaşı münasibətilə sağ qalan aktyorlar eyni sinifə yenidən toplaşdı
Yazı Ölçüsü:
Türk kino tarixinin əfsanəvi əsərlərindən biri olan "Hababam Sınıfı" filminin sağ qalan aktyorları, filmin 50-ci ildönümünü qeyd etmək üçün illər sonra eyni məktəb sıralarında bir araya gəliblər.
"PostMedia" xəbər verir ki, Rıfat Ilgazın eyni adlı əsəri əsasında çəkilən və ilk dəfə 1975-ci ildə ekranlara çıxan bu əfsanəvi film seriyasının yarım əsrlik tarixçəsi, İstanbulda yerləşən Adilə Sultan qəsrindəki "Hababam Sınıfı Muzeyi"ndə qeyd olunub.
Tədbir zamanı filmdə rol almış ustad aktyorlar 50 il əvvəl yaşanan xatirələri bölüşüb, tamaşaçıların yaddaşında qalan səhnələr bir daha canlandırılıb. Həmçinin, tədbirə qatılan yüzlərlə sevən, muzeyi gəzərək filmə aid sinif dekorlarını və tarixi fotoları yaxından görmək imkanı əldə edib.
Aktyorlardan Bülent İğdiroğlu, deyib ki, 50-ci ili görə bildiyimiz üçün çox xoşbəxtik:
"Gəlməyən dostlarımız adına isə çox üzgünüz. Amma "Hababam Sınıfı" kimi bir layihədə olmaq bizim üçün böyük bir qürur mənbəyidir. 6 nəsil bu filmi izləyib, inanırıq ki, daha neçə nəsil də izləyəcək. Çünki bu film ailəliklə izlənə bilən nadir filmlərdən biri idi.”
Filmdə yer alan aktyorlardan Ergun Sözen qeyd edib ki, "Hababam Sınıfı" 50 ildir davam edən bir mədəniyyət xəzinəsidir:
"İnek Şaban, Güdük Necmi, Mahmut Hoca, Hafize Ana – hamısı əslində buradadır. Onları görməsək də, onlar bizi görür və bu qədər nəsildir filmin unudulmamasına görə bizimlə fəxr edirlər”.
Aktyor Ahmet Arıman isə çıxışında belə deyib:
“Aramızda olmayanlar var. Bütün bu uğurlar onların əməyi ilə əldə olunub. Kemal Sunalsız, Münir Özkulsuz, Adile Naşitsiz bir "Hababam Sınıfı" təsəvvür edilə bilməz. Biz də onların çıraqları olaraq burda olmaqdan böyük sevinc və qürur duyuruq”.
"Hababam Sınıfı" aktyorlarından Teoman Ayık isə bu filmi belə qiymətləndirib:
“1975-ci ildə çəkilən film artıq 50 yaşındadır. Amma illərdir televiziyada dönə-dönə göstərilir, hər dəfə eyni maraqla izlənir. Bu böyük layihəni həyata keçirən rejissor Ertem Eğilmez, yazıçı Rıfat Ilgaz və musiqiçi Melih Kibara təşəkkür edirik. Allah hamısından razı olsun”.
"Hababam Sınıfı" sadəcə bir film deyil, o, bir dövrün ruhunu, gəncliyin şən və dərindən mənalı çağlarını əks etdirən unudulmaz bir mədəniyyət mirası olaraq yaşayır və gələcək nəsillərə ötürülür.

Kateqoriyalar