Alsu boşanması ilə bağlı xəbərlərə aydınlıq gətirib
"PostMedia" xəbər verir ki, Bakıda fevral ayında solo konserti keçirilən Rusiyanın məşhur pop ulduzu Alsu boşanma səbəbi barədə yayılan xəbərlərə instagram səhifəsində narahatlığını ifadə edib:
"Əziz dostlar, heç vaxt şəxsi həyatımla bağlı danışmağın tərəfdarı olmamışam. Şəxsi həyat elə ona görə şəxsi adlanır.
Ancaq internetdə mənim Yanla boşanmağımız barədə reallığa uyğun olmayan bir çox şayiələr yayılmağa davam edir. Mövzunu birdəfəlik bağlamaq üçün bu paylaşımı etmək qərarına gəldim.
Keçmiş həyat yoldaşım Yan Abramovla rəsmi olaraq keçən ilin avqust ayında nikahımıza son verdik. Bu həm mənim, həm də Yan üçün asan qərar deyildi.
Bugün bizim aramızda heç bir narazılıq, heç bir anlaşılmazlıq və ya inciklik yoxdur, buna görə çox sevincliyəm.
Biz 18 il bir yerdə yaşadıq və bu illər bir çox xoşbəxt anlarla dolu idi. Bizi əbədi olaraq gözəl övladlarımız və onların gələcəyi üçün birgə məsuliyyət birləşdirir.
Uzun bir ömür yolunu birlikdə keçmiş, müdrik və yetkin insanlar kimi övladlarımızı dostluq mühitində böyütməyə davam edəcəyik. Uşaqlarımızı qayğı və diqqətlə əhatə etmək üçün əlbəttə ki, görüşəcəyik. Boşandıqdan sonra da aramızda isti və insani münasibətləri qoruyacağıq.
Həyat sadə bir zarafat deyil. Boş yerə deməyiblər: “Həyatı yaşamaq, tarla keçmək deyil”. Amma elə buna görə də həyat maraqlıdır.
Müğənni keçmiş həyat yoldaşına minnətdarlığını da qeyd edib: "Mən Yana bizim uşaqlarımız və birgə keçirdiyimiz illər üçün minnətdaram. O, uşaqlarımız üçün çox yaxşı və qayğıkeş bir atadır — onları sonsuz sevən və daim onların yanında olan bir ata. Axı həyatda bundan vacib nə ola bilər"?!
"Bu mövzu BURADA BAĞLANIR.
Hamınıza sevgi və xoşbəxtlik arzulayıram" - deyə, Alsu fikirlərini yekunlaşdırıb.