File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Qarabağ

Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb

30-apr-2025
Admin
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb
Yazı Ölçüsü:

Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində həyata keçirilən I Dövlət Proqramına uyğun olaraq, növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə yola salınıb.

PostMedia” xəbər verir ki, köçürülən ailələr daha əvvəl ölkənin müxtəlif bölgələrində – yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Bu mərhələdə Sarıcalı kəndinə 35 ailə – ümumilikdə 158 nəfər köçürülüb. Yeni evlərinə qovuşan sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar, həmçinin, torpaqlarımızın azadlığı uğrunda döyüşən Azərbaycan Ordusuna, onun qəhrəman əsgər və zabitlərinə təşəkkür edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 30 aprel 2025-ci il tarixində baş tutan bu mərhələ ilə birlikdə, ümumilikdə Sarıcalı kəndinə 184 ailə, yəni 767 nəfər köçürülüb.

Kateqoriyalar