File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Qarabağ

Nazirlərin "3+3" formatında üçüncü görüşünə hazırlıq gedir - Lavrov

21-may-2025
Admin
Nazirlərin "3+3" formatında üçüncü görüşünə hazırlıq gedir - Lavrov
Yazı Ölçüsü:

Rusiya növbəti iki görüşün Bakıda və Yerevanda keçirilməsinin tərəfdarıdır.

"PostMedia" xəbər verir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin üçüncü görüşü hazırlanır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz “3+3” formatında üçüncü görüşün harada keçirilə biləcəyini müzakirə etdik. Hesab edirəm ki, bu tədbiri qəbul etmək istəyən Ermənistan Respublikası və Azərbaycan Respublikası aralarında razılaşa bilərlər, biz bu baxımdan onların razılaşmasına yardım etməyə hazırıq. Biz istərdik ki, növbəti iki tədbir Ermənistan və Azərbaycanın paytaxtlarında baş tutsun”, – deyə nazir bildirib.

Kateqoriyalar