File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Parlament xəbərləri

Ceyhun Bayramov Bəhreynin Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb - YENİLƏNİB

12-may-2025
Admin
Ceyhun Bayramov Bəhreynin Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb - YENİLƏNİB
Yazı Ölçüsü:

Xəbər verdiyimiz kimi mayın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşüb.

PostMedia” xəbər verir ki, görüşdə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, xalqlarımız arasında bağların daha da gücləndirilməsi istiqamətində parlament diplomatiyasının, qanunvericilik orqanlarının üzvləri arasında qarşılıqlı səfər və mübadilələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanla Bəhreyn arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq məmnunluqla qeyd edilib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində təsis edilmiş Parlament Şəbəkəsinə Bəhreyn tərəfindən göstərilən dəstəyə, habelə Parlament Şəbəkəsinin 2-ci iclasının Manamada müvəffəqiyyətlə təşkilinə görə təşəkkür ifadə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə hədə törədən mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Azərbaycanın təşəbbüsü və səylərilə irəlilədilən ikitərəfli normallaşma və sülh danışıqları çərçivəsində əldə olunan uğurlardan bəhs olunub, sülh müqaviləsinin mətni üzrə danışıqların yekunlaşdırıldığı diqqətə çatdırılıb. Bununla belə, Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarının regional sülh səylərinə maneə olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


—————————————————-

ilk xəbər 14:52

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına səfəi çəçivəsində bu ölkənin Şura sədri Əli bin Saleh Əl Salehlə görüşüb.

"PostMedia" xəbə vei ki, bu baədə nazi özünün "X" hesabında qeyd edib.

Nazi əlavə edib ki, göüş zamanı hə iki ölkənin palament səviyyəsində diplomatik münasibətləri müzakirə edilib.

Kateqoriyalar