File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüş edib

09-apr-2025
Admin
Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüş edib
Yazı Ölçüsü:

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moldovanın Xarici İşlər Nazirliyi rəsmiləri ilə görüş edib

"PostMedia" XİN-ə istinadən xəbər verir ki, nazirlər arasında keçirilən görüş zamanı iki ölkə arasındakı siyasi, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələlər üzərində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Münxen Təhlükəsizlik Konfransında iştirak edən moldovan Baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşündən məmnunluq ifadə edərək, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında belə təmasların və siyasi məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.

İkitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq imkanlarının qiymətləndirilməsi məsələləri də müzakirə olunub. Həmçinin, iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirmək məqsədilə Azərbaycan və Moldova arasında hökumətlərarası birgə komissiyanın rolu da qeyd edilib.

Eyni gündə, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Azərbaycan tərəfdən nazir müavini Samir Şərifov, Moldova tərəfindən isə dövlət katibi Sergey Mihov bu görüşlərə rəhbərlik edib.


Kateqoriyalar