File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib

09-apr-2025
Admin
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
Yazı Ölçüsü:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib.

"PostMedia" xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Zati-alinizi, ailənizin dəyərli üzvlərini, dost və qardaş Azərbaycan xalqını mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu mübarək bayramın Türk dünyası və bütün İslam aləmi üçün sülh, rifah və ümid dolu bir gələcəyə vəsilə olmasını, qardaşlıq və həmrəylik əlaqələrimizin müştərək dəyərlərimiz əsasında daha da möhkəmləndirməsini arzu edirəm.

Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm.

Hörmətlə,

Fuat Oktay

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri

Kateqoriyalar