File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

Prezident yeni hakim və məhkəmə sədrləri təyin edib

15-apr-2025
Admin
Prezident yeni hakim və məhkəmə sədrləri təyin edib
Yazı Ölçüsü:

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavini, kollegiya sədrləri və bir sıra rayon məhkəmələrinin hakim və sədr vəzifələrinə yeni təyinatlarla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Məhkəmə-Hüquq Şurasının təklifləri və Konstitusiyanın 109-cu maddəsinin 9-cu və 32-ci bəndləri rəhbər tutularaq aşağıdakı təyinatlar həyata keçirilib:
Apellyasiya instansiyası məhkəmələrində:

  • Müşfiq Həsənov – Naxçıvan MR Ali Məhkəməsi sədrinin müavini
  • Mehman Allahverdiyev – Naxçıvan MR Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri
  • Əlizamin Abdullayev – Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri
  • Elçin Mehdiyev – Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri

İnzibati məhkəmələrdə:

  • Hicran Muradov – Naxçıvan MR İnzibati Məhkəməsinin sədri

Naxçıvan MR rayon (şəhər) məhkəməsində:

  • Günay İsmayıl – Babək Rayon Məhkəməsinin sədri

Bakı şəhərinin rayon məhkəmələrində:

  • Şeyda Məhərrəmova – Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub
  • Abbas Rzayev – Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub
  • Xəyal Sarıyev – Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri
  • Azər Paşayev – Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Səbail Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub
  • Elbəy Allahverdiyev – Xəzər Rayon Məhkəməsinin hakimi

Digər rayon (şəhər) məhkəmələrində:

  • Fərid Əyyubov – Abşeron Rayon Məhkəməsinin hakimi və sədri
  • Natiq Abbasov – Ağstafa Rayon Məhkəməsinin sədri
  • Elmir Hüseynov – Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri
  • Marif Kazımov – Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri
  • Ruslan Əlizadə – Yevlax Rayon Məhkəməsinin sədri
  • Gülsarə İmanova – Zəngilan Rayon Məhkəməsinin sədri
  • Elşad Əliyev – Sumqayıt Şəhər Məhkəməsinin hakimi
  • Elçin Kazımov – Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin olunub

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

Kateqoriyalar