File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

BƏƏ Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

08-may-2025
Admin
BƏƏ Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Yazı Ölçüsü:

Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"PostMedia" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.

Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Kateqoriyalar