File engine/modules/calal/meteo.php not found.
1$ = 1.70₼

Rəsmi xəbərlər

BƏƏnin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri İlham Əliyevi təbrik edib

09-apr-2025
Admin
BƏƏnin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri İlham Əliyevi təbrik edib
Yazı Ölçüsü:

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevi təbrik edib.

"PostMedia" xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Uca Yaradandan Sizə cansağlığı və xoşbəxtlik, müsəlman ümmətinə rifah diləyirəm.

Hörmətlə,

Şeyx Məhəmməd bin Rəşid Al Məktum

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,

Baş naziri və Dubayın Əmiri

Kateqoriyalar