Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.
"PostMedia" xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin 2009-cu il 5 sentyabr tarixli fərmanının 2.13-cü bəndinə uyğun olaraq Aqil Şirinov yeni vəzifəyə təyin olunub.
Bu təyinat Azərbaycan İlahiyyat İnstitutunun gələcək fəaliyyətində mühüm dəyişikliklər və inkişaflara təkan verəcəkdir.