Amerikan CNN kanalının ərəb dilindəki səhifəsində,“Ağ Ev”dəki mənbələrinə istinadla yayımlanan xəbərdə Prezident Donald Tampın gələn ay Türkiyəni ziyarət edə biləcəyi, amma hələlik yekun qərarın verilmədiyi bildirilib.
“PostMedia” xəbər verir ki, kanalın “ Ağ Ev”dəki şəxslərə və bu məsələyə bələd olan digər iki mənbəyə istinadla verdiyi xəbərdə "Trump, gələn ay Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə edəcəyi ziyarətlərin ardından Orta Şərq turuna Türkiyəni də əlavə etməyi düşünür" ifadəsinə yer verilib.
CNN-ə danışan mənbələrdən biri, bu ziyarətin Donald Tramp ilə Prezident Recep Tayyip Ərdoğan arasında son telefon danışığının birində müzakirə edildiyini iddia edib.
Digər bir məlumatda isə qeyd edilir ki, Trampın İsrailə səfəri Orta Şərq turunun proqramına daxil etməyi hələlik düşünmədiyi qeyd edilib.
TürkiyəninXarici İşlər Naziri Hakan Fidan da dünən axşam CNN Türk kanalında Prezident Ərdoğanın planlaşdırılan ABŞ ziyarəti ilə bağlı verilən suala cavab olaraq deyib ki, hələ yerlə bağlı müzakirələr gedir, ABŞ-də də ola bilər, Türkiyədə də.