Azərbaycanda Tacikistan vətəndaşı Emomov Tagaymurod saxlanılıb. O, Rusiya ərazisinə yüzlərlə kiloqram heroinin qanunsuz idxalı ilə bağlı ittiham olunub, Rusiyaya ekstradisiya olunması gözlənilir.
"PostMedia" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Emomov Tagaymurod narkotik vasitələrin xüsusilə böyük miqdarda dövriyyəsi ittihamı ilə 11 ildən çox müddətdir ki, axtarışda idi. Hazırda o, Rusiya Federasiyasına ekstradisiya edilməsini gözləyir,” – hüquq-mühafizə orqanları bildirib.
İttihama görə, Emomov narkotik dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilatçısı olub. O, kuryerlər şəbəkəsi vasitəsilə yüzlərlə kiloqram heroini Rusiyaya gətirib. Bu iş üzrə bir çox şəxslər artıq məsuliyyətə cəlb olunub, onlar Emomovu cinayətin təşkilatçısı kimi tanıyaraq ifadə veriblər. Bəziləri isə artıq cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.